• Bakı 23° C

    4.75 m/s

İrəvanda ilk dəfə səs bombasından istifadə edildi

DÜNYA

03 Iyun 2022 | 23:39 | Müəllif: Subhan Mahmudov

İrəvanda ilk dəfə səs bombasından istifadə edildi

Ermənistanın paytaxtı İrəvanda keçirilən etiraz aksiyası zamanı polis ilk dəfə səs bombasından istifadə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat verib. Belə ki, Proşyan küçəsində etirazçılar parlament binasına getmək istəyəndə vəziyyət gərginləşib. Polis aksiyanı dağıtmaq üçün səs bombasından istifadə edib.

“Müqavimət” hərəkatının koordinatorlarından biri İşxan Saqatelyanın etirazçıların parlament binasına gedə bilməsi üçün polisi yolu açmağa çağırmasından sonra vəziyyət qarışıb. Bundan sonra aksiyaçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma şiddətlənib.

Qeyd edək ki, rəsmi açıqlamaya görə, ən azı 35 nəfər yaralanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026