• Bakı 10° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Gürcüstan: Aksiya təşkilatçılarının baş nazirə ultimatumun vaxtı başa çatdı

DÜNYA

03 Iyul 2022 | 20:30 | Müəllif: Qalib İbrahimoğlu

Gürcüstan: Aksiya təşkilatçılarının baş nazirə ultimatumun vaxtı başa çatdı

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında “Evə, Avropaya” şüarı altında növbəti kütləvi mitinq keçirilir.

Bakıvaxtı.az-ın "report.az"-a istinadla xəbərinə görə, bu gün saat 20:00-da aksiya təşkilatçılarının iyunun 24-də baş nazir İrakli Qaribaşvilinin istefası və milli razılıq hökumətinin yaradılması ilə bağlı irəli sürdüyü ultimatumun vaxtı başa çatıb.

Aksiya səbəbindən mərkəzi Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb. Ərazidə və ətrafda yerləşən dövlət qurumlarının ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Mitinqə Gürcüstanın müxtəlif regionlarından iştirakçılar və bir sıra ali məktəblərin tələbələri də qatılıb. Aksiyanı aparıcı müxalifət partiyalarının nümayəndələri də dəstəkləyir.

Təşkilatçılar bu gecə aksiyaçıların Rustaveli prospektində qalacağını bildiriblər.

Qeyd edək ki, Tbilisidə “Evə, Avropaya” şüarlı kütləvi aksiyalar Gürcüstanın Avropa İttifaqına üzvlüyə namizəd statusu almamasından sonra keçirilməyə başlanılıb. Təşkilatçılar hesab edirlər ki, statusun verilməsi üçün Avropa Komissiyasının təqdim etdiyi 12 şərtin yerinə yetirilməsini milli razılıq hökuməti təmin edə bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026