• Bakı 10° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İrandan ABŞ-a XƏBƏRDARLIQ: Sərt və tez cavab verəcəyik

DÜNYA

02 Avqust 2022 | 15:19 | Müəllif: Qalib İbrahimoğlu

İrandan ABŞ-a XƏBƏRDARLIQ: Sərt və tez cavab verəcəyik

İranın xarici işlər naziri Nasser Kenani ABŞ-ın İrana neft və neft-kimya məhsulları ticarətində dəstək verən 6 şirkətin sanksiya siyahısına reaksiya verib.

Bakıvaxtı.az-ın məlumatına görə, Kenani bildirib ki, Ağ Evin sanksiyalardan asılılığı və onların vasitəçi olaraq istifadəsi Amerikanın hökmranlıq sisteminin göstəricisidir. Onun sözlərinə görə, bu ölkədə hökumətlərin dəyişməsi onların yanaşmasında heç bir fərq yaratmır: "Bayden administrasiyasının rəsmiləri dəfələrlə Trampın maksimum təzyiq siyasətini uğursuz və təsirsiz siyasət kimi qiymətləndiriblər".

İran xarici siyasət idarəsinin rəhbəri deyib ki, nüvə sazişinə qayıtmaq üçün aparılan danışıqlarda belə, onlar bu nəticəsiz sanksiyalardan geri çəkilməyiblər: "İran Ağ Evin sanksiyaların qalması ilə bağlı təkidinə tez və qəti şəkildə cavab verəcək".

Qeyd edək ki, ABŞ Dövlət Departamenti və Xəzinədarlıq Nazirliyinin dünən verdiyi açıqlamalarda İrana bağlı 6 - Honq-Konqda 4, Sinqapurda 1 və Birləşmiş Ərəb Əmirliklərində 1 şirkətə sanksiya tətbiq edilməsinə qərar verdiyi açıqlanıb.

Aytac Aslan

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026