• Bakı 12° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

AEBA nümayəndələri atəşlərə görə Zaporojye AES-ə gedə bilmir

DÜNYA

01 Sentyabr 2022 | 11:12

AEBA nümayəndələri atəşlərə görə Zaporojye AES-ə gedə bilmir

"Ukraynada səfərdə olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) missiyası ölkənin Zaporojye vilayətinin Rusiyanın işğalı altındakı Enerqodar şəhərinə marşrutun atəşə tutulması səbəbindən çata bilmir".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Starux teleqram kanalında yazıb.

Onun sözlərinə görə, Rusiya qüvvələri əvvəlcədən razılaşdırılmış marşrutu atəşə tutur. AEBA-nın missiyası təhlükəsizlik səbəbi ilə hərəkəti dayandırıb.

Daha öncə Enerqodarın Rusiya təyinatlı qondarma administrasiyası 3 nəfərin ölümü ilə nəticələnən atışmanın olduğunu və Ukrayna desantının şəhərə eniş etdiyi barədə məlumat vermişdi.

Qeyd edək ki, AEBA missiyasının korteji avqustun 31-də səhər saatlarında Kiyevdən Zaporojye AES-ə doğru hərəkət edib. Səfər potensial nüvə qəzası təhlükəsinin artması fonunda baş tutur.

Bundan əvvəl avqustun 19-da AFP Yelisey sarayına istinadən xəbər vermişdi ki, Rusiya Prezidenti Vladimir Putin Fransa lideri Emmanuel Makronla söhbətində AEBA missiyasının Kiyev üzərindən Zaporojye AES-ə gəlməsi ilə bağlı razılığa gəlib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026