• Bakı 30° C

    3.11 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Çin ordusu Tayvan yaxınlığındakı çimərliyə tanklarını çıxardı - VİDEO

DÜNYA

02 Avqust 2022 | 16:04

Çin ordusu Tayvan yaxınlığındakı çimərliyə tanklarını çıxardı - VİDEO

Çin hökuməti Tayvanla üzbəüz Fujian əyalətindəki çimərliyə tanklar çıxarıb. Ölkə hakimiyyəti bu qərarı ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin mümkün səfəri fonunda verib.

Bakıvaxtı.az xəbər verir ki, şahidlər hadisə yerindən tank karvanının hərəkəti ilə bağlı kadrları paylaşıblar.

Qeyd edək ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyin bildirib ki, Pelosi Tayvana səfər edərsə, Çin dövlətin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün kəskin tədbirlər görəcək.

Bundan əvvəl Çin lideri Si Cinpin ABŞ Prezidenti Co Baydenlə telefon danışığında ada ilə bağlı vəziyyətdə “odla oynamamağa” çağırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Iyun 2026