• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Zelenski Stoltenberqlə Ukraynaya ağır silahların verilməsini müzakirə edib

DÜNYA

02 Avqust 2022 | 16:54

Zelenski Stoltenberqlə Ukraynaya ağır silahların verilməsini müzakirə edib

Ukrayna Prezidenti Vladimir Zelenski NATO baş katibi Yens Stoltenberqlə telefonla danışıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.

Telefon danışığı zamanı Zelenski Rusiyanın hücumlarını dəf etmək üçün Ukraynanın NATO ölkələrindən daha çox ağır silah almağa ehtiyac duyduğunu bildirib və yardımın qısa zamanda veriləcəyinə ümidini ifadə edib.

Stoltenberq isə Odessa limanından ilk taxıl gəmisinin yola düşməsini alqışlayıb.

Zelenski avqustun 23-də Krım platforması çərçivəsində keçiriləcək onlayn sammitə Yens Stoltenberqi də dəvət edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026