• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Saakaşvili siyasətdən getməsi ilə bağlı bəyanat yayacaq

DÜNYA

02 Avqust 2022 | 15:38

Saakaşvili siyasətdən getməsi ilə bağlı bəyanat yayacaq

Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvili siyasətdən getməsi ilə bağlı bəyanat yayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun vəkili Valeri Qelbaxiani jurnalistlərə açıqlamasında bildirib. O, qeyd edib ki, M. Saakaşvili artıq müxalif “Vahid Milli Hərəkat” partiyasının liderləri ilə ünsiyyət saxlamır və sadəcə ailə üzvləri ilə əlaqədədir.

Vəkil qeyd edib ki, qərarın başlıca səbəbi Mixeil Saakaşvilinin səhhətində yaranmış problemlərdir və o, öz həyatını xilas etmək istəyir. (apa)

Qeyd edək ki, ötən il sentyabrın sonunda Gürcüstana qayıdan Saakaşvili Tbilisidə qaldığı mənzildə həbs edilib. O, həbsxanada keçirdiyi aclıq aksiyalarından sonra səhhətində yaranmış problemlərlə əlaqədar bir müddətdir ki, Tbilisidəki klinikalardan birində müalicə alır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026