• Bakı 21° C

    3.14 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

NASA astronavtı kosmosda torpaqsız bitki yetişdirdi

DÜNYA

03 Iyul 2022 | 19:58

NASA astronavtı kosmosda torpaqsız bitki yetişdirdi

NASA-nın uçuş mühəndislərindən biri olan Jessica Vatkins Beynəlxalq Kosmik Stansiyada torpaqdan istifadə etmədən bitki yetişdirməkdə uğur qazanan ilk astronavt olub.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “XROOTS” adlı sistemin köməyi ilə kosmik tərəvəzlər yetişdirib.

“XROOTS təcrübəsi fevral ayında başladılıb və 4-6 ay ərzində ilk məhsullarını verib.

Toxumların inkişafının başlanğıcından məhsul yığımına qədər sistemdə yalnız hidroponik və aeroponik üsullardan istifadə edilib.

Qeyd edək ki, “hidroponika” torpaqdan istifadə etmədən suda minerallarla bitki yetişdirmək, “aeroponika” isə havada və ya dumanda oxşar şəkildə böyümək deməkdir.

NASA rəsmiləri “Sierra Space” adlı özəl şirkət tərəfindən hazırlanan sistemin eksperimental olduğunu vurğulayıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026