• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Türkiyə Hindistan taxılından imtina etdi

DÜNYA

03 Iyun 2022 | 22:31 | Müəllif: Subhan Mahmudov

Türkiyə Hindistan taxılından imtina etdi

Mayın sonunda Türkiyə fitosanitar səbəblərə görə Hindistan buğdasının göndərilməsindən imtina edərək, bir gəmi dolusu taxılı geri göndərib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Taymsfindia” məlumat yayıb.

Bildirilib ki, Türkiyənin bu addımı Hindistan taxıl tacirlərinin böyük narahatlığına səbəb olub.

Türkiyə rəsmiləri Hindistandan gələn buğda yükündə hind məxmərəkinin aşkar edildiyini və buna görə də Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin onun idxalına icazə vermədiyini bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR