• Bakı 16° C

    4.99 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

"TikTok"un baş direktorundan Baydenə: "Biz heç yerə getməyəcəyik"

DÜNYA

25 Aprel 2024 | 17:52

TikTokun baş direktorundan Baydenə: Biz heç yerə getməyəcəyik

"Faktlar və Konstitusiya bizim tərəfimizdədir".  

Bakıvaxtı.az "Shiftdelete.net"ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Baydenin "TikTok" sosial şəbəkəsinin ölkədə qadağa olunması ilə bağlı qərarına münasibət bildirən "TikTok"un baş direktoru Şou Ci Çu deyib.

Onun sözlərinə görə, şirkət ABŞ prezidentinin bu qərarına qarşı hüquqi müstəvidə addımlar atmağa hazırlaşır.

"Əmin olun, heç bir yerə getmirik. Faktlar və Konstitusiya bizim tərəfimizdədir. Yenidən qalib gələcəyimizə ümid edirik" - deyə baş direktor  "TikTok" istifadəçilərinə müraciət edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

04 May 2024