• Bakı 31° C

    3.88 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Parisdə küçəyə Navalnının adı veriləcək

DÜNYA

25 May 2024 | 14:11

Parisdə küçəyə Navalnının adı veriləcək

Fransanın paytaxtı Parisdə küçəyə fevralda dünyasını dəyişən rusiyalı müxalif siyasətçi Aleksey Navalnının adı veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Parisin meri Ann İdalqo açıqlayıb.

Onun sözlərinə görə, Rusiyanın Parisdəki Səfirliyinin qarşısında yerləşən Şantemess küçəsinin adı dəyişdirilərək Aleksey Navalnının şərəfinə adlandırılacaq. Bu barədə qərarı isə Paris Şurası yekdilliklə qəbul edib. 

Xatırladaq ki, 47 yaşlı A.Navalnı fevralın 16-sı Yamalo-Nenets Muxtar Dairəsində yerləşən "Polyarnıy volk" xüsusi rejimli cəzaçəkmə müəssisəsində dünyasını dəyişib.
 


SON XƏBƏRLƏR

16 Iyun 2024