• Bakı 19° C

    3.5 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Tokayev: Hadisələrin ən pis ssenarisinə hazırlaşmalıyıq

DÜNYA

01 Sentyabr 2021 | 12:24

Tokayev: Hadisələrin ən pis ssenarisinə hazırlaşmalıyıq

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ​​Əfqanıstandakı vəziyyət fonunda Qazaxıstan hökumətinin qarşısında hərbi sənaye kompleksini və hərbi doktrinanı yeniləmək vəzifəsi durduğunu deyib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti xalqa müraciətində bildirib.

Tokayev qeyd edib ki, Əfqanıstandakı vəziyyət, qlobal gərginliyin ümumi artması qarşımıza hərbi sənaye kompleksini və hərbi doktrinanı yenidən yükləmə vəzifəsi qoyur: "Müdafiə qabiliyyətinin gücləndirilməsi, təhdidlərə cavab vermə imkanlarının artırılması da milli əhəmiyyətli prioritetlər olmalıdır. Biz xarici şoklara və hadisələrin ən pis ssenarilərinə hazırlaşmalıyıq. Kənardan gələn risklərin modelləşdirilməsi olduqca aktualdır. Dövlət aparatının fəaliyyət planları hazırlansı və düzəlişlərin edilsi üçün stress testləri keçirmək, ssenarilər hazırlamaq lazımdır".

Tərcümə şöbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR