• Bakı 18° C

    7.76 m/s

Türkiyədə bu gün koronavirusdan 216 nəfər öldü

DÜNYA

30 Sentyabr 2021 | 23:31

Türkiyədə bu gün koronavirusdan 216 nəfər öldü

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 216 nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 357 853 nəfər test edilib, onların 29 104-nün koronavirus testi pozitiv nəticə verib, 32 119 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil olmaqla 109 495 613 peyvənd tətbiq edilib ki, bunun da 88,74 faizi birinci mərhələ vaksinasiya olunanlardır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR