• Bakı 25° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

Tokayev: Mərkəzi Asiyanın beynəlxalq münasibətlərdə rolu artmalıdır

DÜNYA

08 Avqust 2024 | 14:04

Tokayev: Mərkəzi Asiyanın beynəlxalq münasibətlərdə rolu artmalıdır

Mərkəzi Asiya dövlətləri xarici siyasət münasibətləri üzrə öz praqmatik strategiyasını hazırlaya bildilər ki, bu da dövlətlərarası və regionlararası maraqların sabitləşdirici balansını yaradıb, həmçinin regiona qlobal proseslərin tamhüquqlu iştirakçısına çevrilməyə imkan verir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin “Kazakhstanskaya pravda” qəzetində dərc olunmuş “Mərkəzi Asiyanın intibahı: davamlı inkişaf və tərəqqi yolunda” sərlövhəli məqaləsində deyilir.

Qazaxıstan Prezidenti qeyd edir ki, Mərkəzi Asiya ölkələri sülhsevər dövlətlər statusunu möhkəmləndirərək, öz ideya və layihələrini çoxtərəfli strukturlarda fəal təbliğ edib, MDB, ŞƏT, CICA, İƏT, Aİİ, TDT və sairə kimi uğurlu və nüfuzlu beynəlxalq təşkilatların təsisçilərindən birinə çevrilib.

“Bütün bunlar Avrasiya qitəsinin tam ürəyində sabit inkişaf edən və özünü təmin edən ölkələr qrupu kimi “Mərkəzi Asiya beşliyi” haqqında inamla danışmağa imkan verir”, -deyə dövlət başçısı qeyd edib.

Məqalədə qeyd olunduğu kimi, Mərkəzi Asiyanın beynəlxalq siyasətin subyekti qismində siyasi çəkisinin artması həm də özünü “Mərkəzi Asiya Plyus” formatında yeni dialoq platformalarının yaranmasında göstərir.

Qazaxıstan Prezidenti yazıb: “Əminəm ki, Mərkəzi Asiyanın təkcə Asiya ilə Avropa arasında əlaqə vasitəsi kimi deyil, həm də beynəlxalq münasibətlərdə yeni qlobal cazibə mərkəzinə çevrilə biləcək ayrıca regional aktor kimi mövqeyə sahib olmasının vaxtı çatıb”.

Məqalədə, həmçinin bildirilir ki, təkcə Mərkəzi Asiyada deyil, həm də qonşu regionlarda sülh və sabitliyin qorunması uzunmüddətli inkişaf və tərəqqi üçün əsas şərtdir.

Qazaxıstanın dövlət başçısı vurğulayıb: “Qazaxıstanın xarici siyasətinin prioritet istiqamətlərindən biri də balans arzusudur. Biz sülhün ən vacib amil olması prinsipinə həmişə sadiqik”. /Azərtac


SON XƏBƏRLƏR

09 Sentyabr 2024