• Bakı 18° C

    1.19 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Tokayev: Qazaxıstan sülh müqaviləsinin imzalanmasında maraqlıdır

SİYASƏT

13 Aprel 2024 | 12:02

Tokayev: Qazaxıstan sülh müqaviləsinin imzalanmasında maraqlıdır

“Qazaxıstan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasında maraqlıdır”.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bunu Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev “Armenpress”ə müsahibəsində deyib.

“Qazaxıstan bu məsələyə biganə yanaşa bilməz. Ona görə də ölkəmiz Azərbaycanla Ermənistan arasında tez bir zamanda sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Çünki bu dövlətlərin hər ikisi ilə ölkəmiz arasında dostluq münasibətləri var. İrəvanla Bakı arasında dayanıqlı və uzunmüddətli sülhün təmin olunması Qazaxıstanın da maraqlarına cavab verir. Sülhməramlı təşəbbüslərin tərəfdarı olan Qazaxıstan regionun sabitliyi və inkişafına yönələn istənilən səyləri dəstəkləyir”, - o deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026