"Qazaxıstan ABŞ ilə ədalətli və proqnozlaşdırıla bilən ticarət əlaqələrinin inkişafına sadiqdir".
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu, Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Vaşinqtonun avqustun 1-dən respublikadan gələn mallara 25% gömrük rüsumunun tətbiqi ilə bağlı bəyanatı ilə əlaqədar ABŞ lideri Donald Trampa cavab məktubunda yer alıb.
Qazaxıstan prezidentinin mətbuat xidmətinin məlumatına görə, Tokayev dialoqa hazır olduğunu təsdiqləyib və kompromis əldə olunacağına əminliyini bildirib.
Tokayev həmçinin vurğulayıb ki, Astana Vaşinqtona uzunmüddətli ticarət və investisiya tərəfdaşı kimi baxır və ədalətli, proqnozlaşdırıla bilən, qarşılıqlı faydalı ticarət əlaqələrinin inkişafına sadiqdir.
Gülşən Şərif