ABŞ prezidenti Donald Tramp Avropa İttifaqı ölkələrinə daha çox Amerika nefti və qazı almadıqları təqdirdə ticarət rüsumları tətbiq edəcəyi ilə təhdid edib.
Bakıvaxtı.az "TASS"a istinadla xəbər verir ki, bu barədə siyasətçi Ağ Evdə fərmanları imzaladığı zaman bildirib.
Onun sözlərinə görə, ABŞ ilə Avropa İttifaqı arasında ticarət balansının kəsiri təxminən 300 milyard dollardır. Tramp qeyd edib ki, bu balans ya rüsumların tətbiqi, ya da Avropa İttifaqının Amerika nefti və qazı alması ilə "düzəldilməlidir".
"Onlar ticarət balanssızlığını tez bir zamanda aradan qaldırmaq üçün bizim neft və qazımızı ala bilərlər", – deyə ABŞ lideri vurğulayıb.
Bundan əvvəl Tramp BRİKS ölkələrinə qarşı 100 faizlik rüsumlar tətbiq etməyi planlaşdırdığını açıqlamışdı.
Nuriyyə Musayeva