ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla əldə olunmuş atəşkəs razılaşması artıq başa çatıb.
Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, o, bu barədə Ankarada NATO-nun Baş katibi Mark Rutte ilə görüşü zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
ABŞ-ın ötən gecə İrana endirdiyi zərbələrdən sonra atəşkəs razılaşmasının qüvvədən düşüb-düşmədiyi ilə bağlı suala cavab verən Tramp bildirib ki, artıq İranla münasibətləri davam etdirmək istəmir.
"Bu, maraqlı sualdır. Düşünürəm ki, hər şey bitib. Mən artıq onlarla iş görmək istəmirəm. Məncə, onlarla münasibət sadəcə vaxt itkisidir", – deyə Tramp bildirib.
Gülşən Şərif
Bakı 



