• Bakı 25° C

    0.83 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Trampın kriptovalyuta oyunu: Ailə sərvəti 2.3 milyard dollar artıb

İQTİSADİYYAT

16 Iyun 2026 | 14:26

Trampın kriptovalyuta oyunu: Ailə sərvəti 2.3 milyard dollar artıb

ABŞ prezidenti Donald Tramp və oğulları əsas kriptovalyuta layihələrindən ailə sərvətlərinə ən azı 2,3 milyard dollar əlavə ediblər.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, 2024-cü ilin noyabr seçkilərindən bəri prezident və ailəsi kriptovalyuta tokenlərinin satışı üçün bazarın böyük bir hissəsini ələ keçiriblər.

Son bir il yarım ərzində prezident və oğulları Erik və Donald Jr. ailənin kriptovalyuta müəssisələrini qlobal kriptovalyuta pul maşınına çevirmək üçün geniş media imkanlarından istifadə edərək bu yanaşmanı gücləndiriblər. Belə ki, prosesin əsas komponenti "World Liberty Financial"dır. 2024-cü ilin oktyabr ayında həmtəsisçiləri arasında Tramplar və bir neçə uzunmüddətli tərəfdaşı olan müəssisə, əsas təqdimatçı kimi çıxış edən qardaşların iştirakı ilə kripto tokenlərinin satışına başlayıb.

Hətta token satışlarına başlamazdan bir az əvvəl Donald Tramp "X" sosial media saytında milyonlarla izləyicisini alış-veriş etməyə çağırıb. O, paylaşımında "WorldLibertyFi Amerikanı dünyanın kripto paytaxtına çevirməyə kömək etməyi planlaşdırır. Uyğun şəxslər üçün ağ siyahı rəsmi olaraq açıqdır. Bu, tarixi anın bir hissəsi olmaq şansınızdır", - sözlərini yazıb.

Trampın ilk prezidentlik dövründə ticarət katibi vəzifəsində çalışmış investor Uilbur Ross bildirib ki, digər ABŞ siyasətçiləri və onların ailələri kimi, Tramplar da pul qazanmaqda sərbəstdirlər. 

Mütəxəssislərə görə, Tramp ailəsinin prezident administrasiyasının tənzimlədiyi və prezidentin özünün müdafiə etdiyi bir sahədən varlanması müasir Amerika tarixində görünməmiş maraqlar toqquşmasıdır. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Iyun 2026