• Bakı 12° C

    8.61 m/s

  • USD - 1.7

    EUR - 1.7922

    RUB - 0.0172

Trampın "şahinlər komandası": Münasibətlər gərgin olaraq qalacaq

SİYASƏT

15 Noyabr 2024 | 16:27

Trampın şahinlər komandası: Münasibətlər gərgin olaraq qalacaq

"ABŞ-nin yeni prezidenti Donald Tramp artıq komandasının tərkibini açıqlayıb. Yeni administrasiyada müdafiə naziri, dövlət katibi və prezidentin milli təhlükəsizlik üzrə müşaviri və ABŞ-nin İsraildəki yeni səfiri postları xüsusi maraq doğurur".

Bunu Bakıvaxtı.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib.

Analitik bildirib ki, ABŞ prezidenti Donald Trampın "şahinlər komandası" İsrailin dostu, Çin və İranın düşmənidir:

"ABŞ-nin İsraildəki səfiri ilk dəfə olaraq yəhudi yox, Arkanzas ştatının keçmiş qubernatoru, prezidentliyə iki dəfə namizəd olmuş Mayk Hakabi olacaq. Hakabi Fələstin dövlətinə qarşı çıxan, İsrail tərəfdarı olan yevangelistdir”.

Trampın yeni komandasındakı digər maraqlı şəxsiyyətlərə gəlincə, müsahibimiz qeyd edib ki, prezidentin müdafiə naziri kimi görmək istədiyi keçmiş hərbçi və televiziya şərhçisi Piter Brayan Huqseti xüsusi vurğulamaq lazımdır. Onun sözlərinə görə, dövlət katibi postunu tutmağa hazırlaşan senator Marko Rubio və milli təhlükəsizlik üzrə müşaviri 50 yaşlı konqresmen Mayk Vals da maraqlı şəxslərdir:

“Bu insanları birləşdirən ən mühüm xüsusiyyət qatı mühafizəkarlıqdır. Müdafiə nazirinə namizəd Piter Brayan Huqset İraq və Əfqanıstanda qastrol səfərləri də daxil olmaqla 34 il orduda xidmət edib və son 10 ilini FOX TV-də şərhçi kimi keçirib. Ekspertlər hesab edir ki, onun Pentaqona rəhbərlik etmək üçün kifayət qədər təcrübəsi yoxdur. Lakin Trampa sadiqdir və buna görə də onun vasitəsilə orduda ciddi dəyişikliklər ediləcək. Yəni müdafiə naziri prezidentin vəsiyyətini həyata keçirəcək".

Zaur Məmmədov: Müdafiə naziri prezidentin vəsiyyətini həyata keçirəcək

Analitik vurğulayıb ki, Mark Rubio Çin və İrana qarşı sərt mövqeyi ilə tanınır:

"O, Çin şirkətlərinə vergilərin artırılmasına çağırıb və Yaxın Şərqdəki problemlərdə İranı günahlandırıb. Polkovnik Vals 25 ildən çox ABŞ ordusunda xidmət edib və "Elit Yaşıl Bereli"lər qüvvələrinin zabiti kimi Yaxın Şərq və Əfqanıstandakı əməliyyatlarda iştirak edib. Vals həm də İran və Çinlə bağlı sərt fikirləri ilə tanınır. Onun təyinatı artıq İsraildə mühafizəkarlar tərəfindən müsbət qarşılanıb. Göründüyü kimi, Trampın xarici siyasətindəki radikal xətt hələ qalacaq. Xüsusilə deyə bilərik ki, İran və Çinlə bağlı siyasət dəyişməyəcək və münasibətlər gərgin olaraq qalacaq".

Aydın Baxış


SON XƏBƏRLƏR

15 Noyabr 2024