• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Tunellərin və tuneldaxili yol elementlərinin təmizlənməsi işləri davam etdirilir 

CƏMİYYƏT

21 Avqust 2024 | 16:34 | Müəllif: Əli Hüseynov

Tunellərin və tuneldaxili yol elementlərinin təmizlənməsi işləri davam etdirilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yağan yağıntılar və intensiv hərəkət nəticəsində paytaxt ərazisində palçıq və toz basmış avtomobil tunelləri və tunel daxili yol elementlərinin xüsusi təyinatlı işçi heyəti tərəfindən təmizlənməsi işləri aparılır.

Bakıvaxtı.az quruma istinadən xəbər verir ki, Hazırda bu çərçivədə təmizlik işləri  “Qələbə" meydanında (Atatürk prospektindən-Vaqif prospekti istiqamətində) yerləşən tunel tipli yol qovşağında aparılır.

Sözügedən işlər zamanı tunellərin giriş-çıxışları, məhəccərlər, yan divarları, tuneldaxili yol nişanları, işıq əksetdiricilər, əyrixətli dəmir tirlər və bardür hissələri xüsusi təyinatlı maşınlar və xüsusi təmizləyici məhlullar vasitəsi ilə təzyiqli su verilərək yuyulur.

Sadalanan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026