• Bakı 20° C

    7.09 m/s

  • USD - 1.7

    EUR - 1.8675

    RUB - 0.0177

Baş Prokurorluqda uşaq hüquqlarına dair təlim keçirilib

CƏMİYYƏT

20 Sentyabr 2024 | 16:25

Baş Prokurorluqda uşaq hüquqlarına dair təlim keçirilib

Baş Prokurorluğun Elm-Tədris Mərkəzində cari ilin sentyabr ayının 17-dən 19-dək prokurorluq və daxili işlər orqanlarının ümumilikdə 272 əməkdaşı üçün “Cinayət təqibi zamanı uşaq hüquqlarının üstün mühafizəsi prinsipi” mövzusunda qarışıq formada (əyani və distant) təlim keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə təlimçi qismində Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin peşəkar işçiləri, Bakı Dövlət Universitetinin psixologiya sahəsində təcrübəli alimləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları, habelə qadınlara yardım ictimai birliyinin nümayəndəsi iştirak ediblər.

Mühazirə, təqdimat və dəyirmi masa formatında keçirilmiş məşğələlər çərçivəsində yetkinlik yaşına çatmayan şəxslərin cinayət törətməsinə təsir edən bioloji və sosial amillər, cinayət təqibi zamanı bu cür şəxslərlə davranış qaydaları, onlar tərəfindən törədilən cinayətlərin istintaq metodikası və məhkəmə təcrübəsi, yetkinlik yaşına çatmayanların inzibati məsuliyyətə cəlb edilməsinin xüsusiyyətləri və digər aktual məsələlər tədris obyekti olub.

Təlim zamanı dinləyicilərlə tədris edilmiş mövzulara dair müzakirlər aparılıb, onları maraqlandırılan suallar təlimçilər tərəfindən ətraflı cavablandırılıb.


SON XƏBƏRLƏR

08 Oktyabr 2024