• Bakı 12° C

    1.22 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Türkiyə Ermənistanla Ani körpüsünün bərpası məsələsini müzakirə edir

SİYASƏT

11 Aprel 2025 | 14:23

Türkiyə Ermənistanla Ani körpüsünün bərpası məsələsini müzakirə edir

Ermənistanla Türkiyə Ani körpüsünün bərpası məsələsini müzakirə edir.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Ermənistanla əlaqələrin normallaşması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç deyib.

    O bildirib ki, Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyə və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüşün olacağını təxmin edir: “Ruben Rubinyanla (Ermənistanın Türkiyə ilə əlaqələrin normallaşması üzrə xüsusi nümayəndəsi -red.) bir az əvvəl təmasımız oldu, amma hələ dəqiq növbəti görüşün tarixini razılaşdırmamışıq”.

    Sərdar Kılıç Türkiyənin də Ermənistandan Konstitusiyasına dəyişiklik tələbinin olub-olmamasına aydınlıq gətirib: “Konstitusiyanın dəyişdirilməsi ilə bağlı Nikol Paşinyan da açıqlama verib. Bu çərçivədə lazımi dəyişiklikləri Ermənistan öz Konstitusiyasında edəcək”.


    SON XƏBƏRLƏR