• Bakı C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.7664

    RUB - 1.6896

Türkiyə heç bir halda prosesi yarımçıq saxlamayacaq

DÜNYA

21 Yanvar 2025 | 16:47

Türkiyə heç bir halda prosesi yarımçıq saxlamayacaq

“Türkiyənin Suriyada həyata keçirdiyi siyasət özünü artıq doğruldub”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Həsrət Rüstəmov deyib.

Ekspertin sözlərinə görə, Suriya xalqı onu uzun illər istismar edən, dövləti çökdürən daxili və xarici qüvvələrin əzici təsirindən xilas olub:

"Yerdə qalan terror tör-töküntülərini də tamamilə təmizləyəcəyi başa düşülən və gözlənilən hadisədir. Əks halda qardaş ölkənin apardığı siyasət yarımçıq qalmış olacaq. Bununla Türkiyə həm ona qarşı qurulan xain planların puç edilməsinə gətirib çıxaracaq”.

Həsrət Rüstəmov, siyası şərhçi

“Göründüyü kimi Türkiyə bölgəsəl güc olaraq özünü kifayət qədər təsdiq edə bildi və beynəlxalq nüfuzunu yüksəltdi. Türkiyə heç bir halda bu prosesi yarımçıq saxlamayacaq", - deyə Həsrət Rüstəmov qeyd edib.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan "Hər kəs əlini Suriyadan çəksin” deyərək, ölkəsinin  həm İŞİD-i, həm də YPG-ni ən qısa zamanda darmadağın edəcək gücündə olduğunu bildirib. Ərdoğan bildirib ki, suriyalı qardaşları ilə İŞİD, YPG və digər terror təşkilatlarının başları qısa zamanda əziləcək:

"Suriyanın təbii sərvətlərini zəbt edən YPG silahı yerə qoymasa, gözlənilən aqibətdən xilas ola bilməyəcək. Kürd qardaşlarımızın bütün məsələlərini dəstəkləyirik, izləyirik, onların təhlükəsizliyinin qarantıyıq".

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqda da əməliyyat keçirib. PKK-nın İran qolu YRK-nın qurucularından olan Amed Serhed kod adlı terrorçunu mühafizəçisi ilə birlikdə Süleymaniyyədə zərərsizləşdirib.

Aydın Baxış


SON XƏBƏRLƏR

21 Yanvar 2025