• Bakı 19° C

    3.5 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Türkiyə parlamenti Şuşa Bəyannaməsini təsdiqləyəcək

SİYASƏT

01 Fevral 2022 | 19:28 | Müəllif: Subhan Mahmudov

Türkiyə parlamenti Şuşa Bəyannaməsini təsdiqləyəcək

Türkiyə Böyük Millət Məclisi Şuşa Bəyannaməsini təsdiq edəcək.

Bakıvaxtı.az xəbər verir ki, “Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə” qanun layihəsi parlamentin iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib. Beləliklə, Milli Məclis “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsini təsdiqləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026