• Bakı 11° C

    5.4 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Ukraynada müharibə uzansa... - Politoloqun PROQNOZU

SİYASƏT

03 Mart 2022 | 15:34 | Müəllif: Qalib İbrahimoğlu

Ukraynada müharibə uzansa... - Politoloqun PROQNOZU

"Ukraynada müharibə uzanarsa, Rusiya-NATO toqquşması ehtimalı artacaq".

Bakıvaxtı.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Ukrayna uğrunda savaşmaq istəyən xarici ölkə vətəndaşları Kiyevə axın etməyə başlayıblar: “Savaşmaq istəyənlər arasında NATO-ya üzv ölkələrinin vətəndaşları da var. İkincisi, NATO ölkələri Ukraynanı silahlandırır. Rusiya Ukrayna ərazisini bombardman edərkən həmin silahların çatdırılma məntəqələrini hədəf ala bilər. Üçüncüsü, Rusiya Ukraynaya Qara dənizdən də hücum təşkil edib. Rusiyanın NATO-ya üzv ölkələrdən birinin Qara dənizdə üzən hərbi gəmisini və ya bölgə üzərində uçuş həyata keçirən təyyarəsini vura bilmə ehtimalı artır”.

E.Şahinoğlu bildirib ki, indi əsas sual budur: Rusiya bilərəkdən və ya bilməyərəkdən NATO-ya məxsus gəmini və ya hərbi təyyarəni vurarsa və bu zaman hərbçilər ölərsə, Şimali Atlantika Blokunun reaksiyası necə olacaq? “Bu, Moskvanın özünü necə aparacağından asılıdır” deyən politoloq hesab edir ki,  Rusiya üzr istəyərsə, gərginlikdən qurtulmaq mümkündür. “Yox, əgər Rusiya vurduğu hərbi gəmi və hərbi təyyarəyə görə haqlı olduğunu israr edərsə, NATO adekvat addımlar barədə düşünəcək. Bu halda haqqında çox danışılan üçüncü dünya müharibəsi risqi artacaq”, - deyə E. Şahinoğlu vurğulayıb.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026