• Bakı 16° C

    3.3 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Türkiyə parlamentinə seçilmiş deputatlar bu tarixdə and içəcək

DÜNYA

31 May 2023 | 15:44

Türkiyə parlamentinə seçilmiş deputatlar bu tarixdə and içəcək

Türkiyə parlamentinə yeni seçilən millət vəkilləri iyunun 2-də and içəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Miliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin müavini Feti Yıldız bildirib.

Qeyd edək ki, mayın 14-də Türkiyədə parlament və prezidenti seçkiləri keçirilib. Hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) qanunverici orqanda 268 deputatla təmsil olunacaq. Milliyyətçi Hərəkat Partiyası 50, Yenidən Rifah Partiyası 5, Yaşıl Sol Partiyası 61, Türkiyə İşçi Partiyası 4, Cümhuriyyət Xalq Partiyası (CHP) 169, İYİ Partiya 43 deputat yeri qazanıb.

Onu da bildirək ki, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan iyunun 3-də Türkiyə Böyük Millət Məclisində and içib, vəzifəsinin icrasına başlayacaq. Prezident and içdikdən sonra yeni hökumətin tərkibini elan edəcək və Nazirlər Kabinetinin iclasını keçirəcək. Xatırladaq ki, mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilib. “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri R.T.Ərdoğan 52,18 faiz səslə yenidən dövlət başçısı seçilib. Onun rəqibi, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 47,82 faiz səs toplayıb.


SON XƏBƏRLƏR