• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

“Vaqner” üsyan zamanı Rusiyanın neçə təyyarəsini vurub?

DÜNYA

30 Iyun 2023 | 13:45 | Müəllif: Subhan Mahmudov

“Vaqner” üsyan zamanı Rusiyanın neçə təyyarəsini vurub?

Silahlı üsyan təşkil etmək cəhdindən sonra Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FSB) “Vaqner”in təsisçisi Yevgeni Priqojini məhv etmək tapşırığı verilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov deyib.

“Biz bilirik ki, Priqojinin öldürülməsi vəzifəsi FSB-yə həvalə olunub. Onların bu işdə uğur qazanıb-qazanmayacağını zaman göstərəcək”, - Budanov qeyd edib.

O bildirib ki, sui-qəsd cəhdi tezliklə olmayacaq, çünki Rusiyaya bir az vaxt lazımdır.

“Rusiya daxilində sabitliyi pozmağa yönəlmiş istənilən hərəkət Ukrayna üçün faydalıdır”, - o vurğulayıb.

O, həmçinin, iddia edib ki, Priqojinin qısa üsyanı nəticəsində Rusiyanın 8 hərbi təyyarəsi, o cümlədən komanda məntəqəsi məhv edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR