• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Kiyevdəki “Ana Vətən” abidəsi adı dəyişdirilir

DÜNYA

30 Iyul 2023 | 09:00 | Müəllif: Subhan Mahmudov

Kiyevdəki “Ana Vətən” abidəsi adı dəyişdirilir

Ukrayna İkinci Dünya Müharibəsi Tarixi Muzeyi Kiyevin rəmzi hesab olunan “Ana Vətən” abidəsinin adını dəyişdirməsi ilə bağlı qərar qəbul edib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə muzeyin direktoru Yuri Savçuk məlumat verib.

“Muzeyimizin elmi şurasının iclası oldu və orada mühüm qərarlar qəbul edildi. Onlardan biri də “Ana Vətən” abidəsinin adının “Ana Ukrayna” adı ilə dəyişdirilməsi barədə qərar oldu.

Muzeyin direktoru abidənin adının dəyişdirilməsi ilə bağlı yekun qərarın Ukraynanın Müstəqillik Gününə qədər (24 avqust - red) veriləcəyinə ümid etdiyini vurğulayıb. 

“Dəyişikliklə bağlı Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyinin müvafiq inzibati akt olmalıdır” - Yuri Savçuk vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026