• Bakı 19° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Viktor Sobolev: ""Vaqner” fəaliyyətini dayandıracaq"

DÜNYA

28 Avqust 2023 | 21:39

Viktor Sobolev: ""Vaqner” fəaliyyətini dayandıracaq"

“Vaqner” özəl hərbi şirkəti qeyri-qanuni silahlı birləşməd idi və Yevgeni Priqojinin ölümündən sonra artıq mövcud olmayacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının deputatı, general-leytenant Viktor Sobolev deyib.

“Vaqner” fəaliyyətini dayandıracaq. Döyüşçülər mülki şəxs kimi həyatlarına davam edə və ya Müdafiə Nazirliyi ilə müqavilə bağlaya bilərlər. Bu, qeyri-qanuni silahlı birləşmədir. Hansısa dövlətə tabe olmayan silahlı adamlar dövlətdə olmamalıdır. Nəticədə bu üsyana gətirib çıxardı. Biz vətəndaş müharibəsinin astanasında idik”, - deyə Sobolev bildirib.

Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi ilə yalnız üsyanda iştirak etməyən muzdlular müqavilə bağlaya bilərlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026