• Bakı 4° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Bu ölkənin vətəndaşları ABŞ-a vizasız gedə biləcəklər

DÜNYA

27 Sentyabr 2023 | 17:20

Bu ölkənin vətəndaşları ABŞ-a vizasız gedə biləcəklər

ABŞ İsrail vətəndaşları üçün viza rejimini ləğv edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin “The Times of Israel” onlayn nəşri yazıb.

Nəşrin məlumatına görə, ABŞ dövlət katibi Antoni Blinken və İsrail Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri Aleksandro Mayorkas rəsmi bəyanatla çıxış ediblər.

Bəyan edilib ki, İsrail bütün ilkin şərtləri yerinə yetirdiyi üçün vətəndaşlarının ABŞ-a daxil olmasına viza tələb edilməyən ölkələr siyahısına salınıb.

Qeyd edək ki, Almaniya, Fransa, Böyük Britaniya, Sinqapur, Avstraliya, Avstriya, Danimarka, Finlandiya, Yunanıstan, İtaliya, Yaponiya, Niderland, Yeni Zelandiya, Polşa, Norveç, İsveçrə və digər dövlətlərin də daxil olduğu bu siyahıda İsrail 41-ci ölkə olaraq yer alır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026