• Bakı 19° C

    2.55 m/s

Bu ölkədə Quranın yandırılması qadağan oluna bilər

DÜNYA

27 Oktyabr 2023 | 15:12

Bu ölkədə Quranın yandırılması qadağan oluna bilər

Danimarka hökuməti Quranın yandırılmasını qadağan edən qanun layihəsini parlamentə təqdim edib.

Bakıvaxtı.az AFP-yə istinadən xəbər verir ki, qanunun ilkin variantı ifadə azadlığının məhdudlaşdırılması ilə bağlı tənqidlərə məruz qaldıqdan sonra yenidən hazırlanıb.

“Qanun layihəsinin əhatə dairəsi xüsusi olaraq dini əhəmiyyəti yüksək olan müqəddəs kitablarla qeyri-adekvat rəftarla məhdudlaşdırılıb”, - Ədliyyə Nazirliyindən bildirilib.

Qanun layihəsi parlamentin noyabrın 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Avqustun sonunda hökumət İslam ölkələrində qəzəb doğuran və milli təhlükəsizliyi təhdid edən Quranın yandırılmasından sonra bu məsələni qanuniləşdirmək niyyətində olduğunu bəyan edib.

Ədliyyə naziri Peter Hummelgaard verdiyi açıqlamada deyib ki, bu gün təklif olunan dəyişikliklər qanunun polis və məhkəmələr tərəfindən daha asan başa düşülməsinə kömək edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR