• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İran PUA-ya qarşı iki raket hazırladı

DÜNYA

26 Noyabr 2023 | 14:43 | Müəllif: Subhan Mahmudov

İran PUA-ya qarşı iki raket hazırladı

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri iki yeni “hava-hava” raketi hazırlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əli Rza Təngsiri məlumat yayıb.

Tənqsirinin sözlərinə görə, iki yeni havadan buraxılan raket pilotsuz uçuş aparatlarını və qanadlı raketləri məhv etmək üçün nəzərdə tutulub.

O əlavə edib ki, yeni raketlərin uçuş məsafəsi 4 km və 17 km-dir.

SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı həmçinin qeyd edib ki, süni intellektə malik raketlər 2000 km-ə qədər məsafədəki hədəfləri dəqiqliklə vura bilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026