• Bakı 25° C

    3.01 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Fransız səfirlər İsrailə qarşı çıxdılar

DÜNYA

26 Noyabr 2023 | 15:00 | Müəllif: Subhan Mahmudov

Fransız səfirlər İsrailə qarşı çıxdılar

İsrailin HƏMAS-ı məhv etmək məqsədi illüziyadır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə 18 keçmiş səfirin “Le Mond” qəzetində nəşr olunan məqaləsində qeyd olunub.

“İsrail Qəzzada amansız olduğu qədər də mənasız və getdikcə daha çox mübahisə doğuran hərtərəfli müharibə strategiyasına başlayıb. HƏMAS-ın kökünü kəsmək real məqsəddən daha çox şüardır. 2006-cı ildə İsrail artıq məlum nəticələrlə Hizbullahın kökünü kəsmək arzusunu bəyan etdi. Bu strategiya illüziyadır. Artıq beş ölümcül hərbi kampaniyanın hədəfinə çevrilmiş HƏMAS yenidən ayağa qalxmağa məcburdur. Ordu həm Qəzzada, həm də İordan çayının qərb sahilində Fələstin əhalisinin böyük bir hissəsinin dəstəklədiyi hərəkatı məğlub edə bilməyəcək”, - məqalədə bildirilib.

Diplomatlar bildiriblər ki, İsrail və HƏMAS arasında dörd günlük atəşkəsin uzadılması və davamlı atəşkəsin əldə edilməsi üçün hər şey edilməlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR