Rusiya Mərkəzi Bankı uçot dərəcəsini illik göstəricidə 13%-dən 15%-ə qaldırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
Məlumatda bildirilib ki, Rusiyada cari inflyasiya təzyiqi əhəmiyyətli dərəcədə artıb və bu Mərkəzi Bankın gözləntilərindən yüksəkdir.
Bankın açıqlamasında Rusiyada 2023-cü ildə infilyasiya proqnozunun 6-7 faizdən 7-7.5 faizə yüksəldiyi bildirilib.
Qeyd edək ki, bu, Rusiyada uçot dərəcəsinin ardıcıl dördüncü artımdır.
















