Fukusima Atom Elektrik Stansiyasında boruları təmizləyən iki işçi xəstəxanaya yerləşdirilib.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Tokio Elektrik Şirkətinin (TEPCO) açıqlamasında deyilir.
Məlumata görə, qabaqcıl maye sistemində boruları təmizləyən 5 işçidən 2-i boş borulardan şüalanmış suya məruz qalıb. Həmin işçilər ehtiyat tədbiri olaraq xəstəxanaya yerləşdirilib. TEPCO işçilərin səhhətinin yaxşılaşdığını və həkimlərin diaqnozu nəticəsində radiasiya yanıqları ehtimalının aşağı olduğunu bildirib.
Beş işçidən dördünün bədənində radiasiya aşkar edildiyini qeyd edən TEPCO 2 işçinin daha çox radiasiyaya məruz qalması səbəbindən nəzarətdə saxlandığını vurğulayıb.
Ay Tac















