• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

ÜST-dən siqaretlə bağlı xəbərdarlıq

DÜNYA

27 Sentyabr 2023 | 20:32 | Müəllif: Subhan Mahmudov

ÜST-dən siqaretlə bağlı xəbərdarlıq

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dərslərdə, küçədə və ya məktəb avtobusunu gözləyərkən adi və elektron siqaret çəkməyi qadağan etməyə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, ÜST xəbərdarlığında gənclərin hələlik tütün və nikotin məmulatları üzrə marketinq auditoriyasının əsas hədəflərindən biri olduğunu bildirib.

“Məktəblərin unikal vəziyyətdə olması onlara siqaret çəkməyin və uşaqlar tərəfindən tütünün digər növləri və nikotindən istifadə edilməsinin azaldılmasında mühüm rol oynamağa imkan verir”, - ÜST-ün xəbərdarlığında qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR