• Bakı 21° C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

İsrail Qəzzada HƏMAS-ın əsas bazasının yerini açıqladı

DÜNYA

27 Oktyabr 2023 | 19:18 | Müəllif: Subhan Mahmudov

İsrail Qəzzada HƏMAS-ın əsas bazasının yerini açıqladı

"Fələstinin radikal HƏMAS hərəkatının əməliyyatlarının əsas bazası Qəzza zolağında Şifa xəstəxanasının altında yerləşir".

Bakıvaxtı.az xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi kontr-admiral Daniel Həqari deyib.

O qeyd edib ki, HƏMAS-ın anklavdakı ən böyük xəstəxananın altında bir neçə yeraltı kompleksi var. Qrup liderləri buradan İsrailə birbaşa hücumlar etmək və silah saxlamaq üçün mərkəz kimi istifadə edirlər. Həqarinin sözlərinə görə, İsrail Müdafiə Qüvvələri həm xəstəxananın xaricində, həm də içərisində yeraltı bazaya aparan bir neçə tunelin yerini aşkar edib.

Kontr-admiral əlavə edib ki, 1500 çarpayı və təxminən 4000 işçisi olan xəstəxanadan HƏMAS silahlıları canlı qalxan kimi istifadə edirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026