• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Beş aylıq etiraz aksiyası başa çatdı

DÜNYA

27 Sentyabr 2023 | 16:58

Beş aylıq etiraz aksiyası başa çatdı

Amerika Yazıçılar Gildiyası Hollivud studiyaları ilə ilkin razılığın əldə edilməsi nəticəsində sentyabrın 27-də təxminən beş aylıq tətilinə son qoyduğunu açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, “Gildiya ABŞ-nin Kino Filmləri və Televiziya İstehsalçıları Alyansı ilə ilkin razılığa gəlib. Bu gün bizim danışıqlar komitəsi, Qərb Bölməsinin idarəçilər şurası və Şərq Bölməsinin şurası yekdilliklə razılaşmanın lehinə səs verdilər. Tətil gecəyarısı başa çatdı”, - məlumatda deyilir.

Yazıçılar Gildiyası əldə edilən razılaşmanın təfərrüatını hələ açıqlamayıb, baxmayaraq ki, əvvəllər bəzi KİV-də müəyyən detallar, məsələn, süni intellektdən istifadənin tənzimlənməsi ilə bağlı məlumatlar dərc olunub.

Qeyd edək ki, icma mayın 2-də tətilə başlayıb. İyulun 14-də ona Amerika Televiziya və Kino Aktyorları Federasiyası da qoşulmuş, studiyalarla razılıq əldə olunmamışdı. Ssenari müəllifləri əməkhaqqının artırılmasını, qonorarların hesablanması qaydasında dəyişiklik edilməsini, onların işini əvəz etmək üçün süni intellektdən istifadəyə məhdudiyyətlərin qoyulmasını tələb edirdilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026