• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiyanı G20-də Sergey Lavrov təmsil edə bilər

DÜNYA

28 Avqust 2023 | 19:29

Rusiyanı G20-də Sergey Lavrov təmsil edə bilər

Sentyabrda Hindistanda keçiriləcək G20 sammitində Rusiyanı xarici işlər naziri Sergey Lavrov təmsil edə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinlə Hindistanın baş naziri Narendra Modinin telefon danışığından sonra bildirilib.

Kreml öz növbəsində qeyd edib ki, Rusiya prezidenti və Hindistanın baş naziri Nyu-Dehlidə keçiriləcək G20 sammitindən əvvəl fikir mübadiləsi aparıblar.

"Kosmik sektorda ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyə hazır olduqları təsdiqləndi. BRİKS-in Yohannesburqda keçirilən 15-ci sammitinin nəticələri müzakirə edildi. Əldə olunan razılaşmaların əhəmiyyəti, onların BRİKS-in genişləndirilməsinə töhfə verəcəyi, eyni zamanda qurumun beynəlxalq məsələlərə təsiri vurğulandı”, - məlumatda deyilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026