• Bakı 19° C

    0.69 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Sərhəddə 2 aylıq körpə tərk edilmiş halda tapıldı

DÜNYA

27 Sentyabr 2023 | 16:07

Sərhəddə 2 aylıq körpə tərk edilmiş halda tapıldı

Amerika polisi iki aylıq tərk edilmiş körpə tapıb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə ABŞ-ın Meksika ilə sərhədindəki Rio Qrande şəhəri yaxınlığında qeydə alınıb.

Məlumata görə, minlərlə qeyri-qanuni immiqrantın Meksika üzərindən ABŞ-a axışdığı ABŞ-Meksika sərhədində insan faciəsi baş verib.

ABŞ polisi Qloriya Çavez sosial media hesabındakı paylaşımında bildirib ki, patrul əməkdaşları Texas ştatının Rio Qrande şəhəri yaxınlığındakı Sərhəd bölgəsində tərk edilmiş 2 aylıq uşaq tapıblar.

Çaves paylaşımında qeyd edib ki, bu, uşaqların hər gün insan alverçiləri və cinayətkar təşkilatlar tərəfindən necə istismar edildiyinə dair dəhşətli bir xatırlatmadır. Körpənin fotosunu paylaşan Çaves uşağın bütün müayinələrdən keçirildiyini bildirib.

Digər tərəfdən, bu yaxınlarda Texas İctimai Təhlükəsizlik Departamentinin əməkdaşları Rio Qrandedə 3 yaşlı bir uşağın cansız cəsədini tapıblar. Ailəsi ABŞ-a keçmək üçün sərhəd çayını keçmək istəyərkən uşaq su altında qalıb.

Xatırladaq ki, sentyabrın 13-də Hondurasdan olan 10 yaşlı uşağın sərhəd çayında boğulduğu açıqlanmışdı. Bundan əlavə avqust ayında 4 və 12 yaşlı iki Honduraslı uşaq Rio Qrandedə qaçaqmalçılar tərəfindən tərk edilmiş halda tapılmışdı.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR