• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İkinci Dünya Müharibəsindən qalan 100 kiloqramlıq bomba məhv edildi

DÜNYA

27 Sentyabr 2023 | 15:12

İkinci Dünya Müharibəsindən qalan 100 kiloqramlıq bomba məhv edildi

İkinci Dünya Müharibəsindən qalma, Sinqapurda bir tikinti sahəsində tapılan və partlama riski olduğu bildirilən 100 kiloqramlıq bomba Sinqapur Ordusu tərəfindən nəzarətli şəkildə məhv edilib.

Bakıvaxtı.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, ötən həftə Cənub-Şərqi Asiya ölkəsi Sinqapurda binanın tikintisində 100 kiloqramlıq bomba aşkar edilib. Bombanın daşınmasının təhlükəli olduğu və tapıldığı yerdə məhv edilməsinə qərar verildiyi bildirilirdi.

Tikinti ətrafında yaşayan 4 mindən çox insan təxliyə edilib. İşlər tamamlandıqdan sonra bomba Sinqapur ordusu tərəfindən nəzarətli şəkildə partladılıb.

Polisin verdiyi açıqlamada rayon sakinlərinin evlərinə qayıtmasına icazə verildiyi bildirilib.

Xatırladaq ki, Sinqapur 1942-1945-ci illərdə İkinci Dünya Müharibəsi zamanı yaponlar tərəfindən işğal edilib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026