• Bakı 20° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.0391

Türkiyə Rusiyaya qarşı bəyannaməyə qoşuldu

DÜNYA

10 Oktyabr 2024 | 23:23

Türkiyə Rusiyaya qarşı bəyannaməyə qoşuldu

Serbiya Prezidenti Aleksandr Vuçiç, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Yunanıstanın baş naziri Kiriakos Miçotakis və bir sıra digər ölkələrin yüksək səviyyəli nümayəndələri Xorvatiyanın Dubrovnik şəhərində üçüncü Ukrayna-Cənub-Şərqi Avropa sammitinin yekunlarına dair bəyannamə qəbul ediblər.

Bakıvaxtı.az xəbər verir ki, 18 bənddən ibarət bəyannamədə Rusiyanın Ukraynaya müdaxiləsi pislənilir.

Bundan əlavə, sənəddə beynəlxalq ictimaiyyətin Ukraynaya dəstəyinin gücləndirilməsinə çağırış edilir.

Bəyannamədə həmçinin Ukraynanın sülh formulu təsdiqlənir və ölkənin ərazi bütövlüyünün qorunmasının vacibliyi vurğulanır.


SON XƏBƏRLƏR