Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında 3 terrorçunu zərərsizləşdirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığ məlumatda bildirilir. Qeyd olunub ki, Avaşin bölgəsində PKK-nın bir terrorçusu PUA-nın zərbəsi ilə məhv edilib.
Suriyanın şimalında isə “Barış Pinarı” əməliyyatı zonasına daxil olmağa çalışan iki silahlı zərərsizləşdirilib.
















