• Bakı 25° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Avstraliyada meşə yanğınları 

DÜNYA

11 Yanvar 2022 | 09:22 | Müəllif: Subhan Mahmudov

Avstraliyada meşə yanğınları

Avstraliyanın qərb sahillərində meşə yanğınları tüğyan edir.

Bakıvaxtı.az xəbər verir ki, Qərbi Avstraliya ştatının fövqəladə hallar departamenti sakinlərə davam edən yanğınlarla bağlı xəbərdarlıq edib.

Alov turistləri gözəl mənzərəsiylə cəlb edən və şərabçılıq zavodları ilə tanınan məşhur turizm məkanı olan Marqaret River bölgəsini bürüyüb. Yanğınsöndürmə və Fövqəladə hallar Departamenti insanlara evlərində, yanğından uzaqda sığınacaq axtarmalarını, pəncərə və qapıları bağlamağı tövsiyə edib.

Dunsboro qəsəbəsi yaxınlığında başlayan yanğın daha sonra qonşu Eagle Bay və Naturaliste yaşayış məntəqələrinə yayılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026