• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

 Bu ölkələr karantin qadağalarını LƏGV EDİR

DÜNYA

10 Fevral 2022 | 04:20 | Müəllif: Qalib İbrahimoğlu

Bu ölkələr karantin qadağalarını LƏGV EDİR

 

İsveç COVID-19-la bağlı bütün məhdudiyyətləri ləğv edib və koronavirus testlərinin dayandırıldığını açıqlayıb.

Bakıvaxtı.az-ın xəbərinə görə, İctimai Səhiyyə Agentliyinin rəhbəri Karin Teqmark Uisell bildirib ki, fevralın 9-dan ölkədə COVID-19-lə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb.

Onun sözlərinə görə, dövlət xərcə görə COVID-19 testlərini dayandırıb:

“Həftəlik COVID-19 testləri dövlətə 55 milyon dollara, aylıq xərc isə 220 milyon dollara başa gəlirdi, buna görə də koronavirus testlərinə son qoyduq”.

Bu gündən (fevralın 9-dan - red.) etibarən yalnız tibb işçiləri pulsuz koronavirus testi verə biləcək".

Digər tərəfdən, İsveç Avropa İttifaqı ölkələrindən istədiyi rəqəmsal səyahət kartı, peyvənd sertifikatı və ya test kimi bütün tədbirlərə də bu gündən etibarən son qoyub.

Eyni zamanda, Finlandiyada da fevralın 14-dən etibarən koronavirusa görə tətbiq edilən məhdudiyyətlər yumşaldılır, martın 1-dən isə ləğv edilir.

Skandinaviya ölkəsi Danimarka fevralın 1-dən məhdudiyyətləri ləğv edib, Norveç də fevralın 19-dan koronavirusa görə müəyyən edilən qadağalara son qoyacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026