Bu gün səhər saatlarında Bakıdan Qroznıya uçan sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması bizi çox kədərləndirdi.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə XİN-nin məlumatında deyilir.
“Bu faciəli qəzada həyatını itirənlərə Allahdan rəhmət, ailələrinə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik. Bu ağır günlərdə azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq”.