Türkiyənin tarixi “Mehmed: Fetihler Sultanı” serialının çəkilişləri zamanı bədbəxt hadisə yaşanıb.
Bakıvaxtı.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ekran işinin son yayımlanan bölümündə göstərilən döyüş səhnələrində bir çox aktyor yaralanıb.
Məlumata görə, “Çandarlı” obrazını canlandıran Selim Bayraktarın əli kəsilib. “İshak” obrazını canlandıran Ərtoğrul Postoğlunun isə meniski (dizdəki qığırdaqlar) yırtılıb.
Nəşr yazır ki, aktyorlardan 10-nun qaşlı yarılıb, bir çox köməkçi aktyor aldığı xəsarətlərdən sağlamlıq müəssisəsinə aparılıb.
Qeyd edək ki, serialın baş rolunu Serkan Çayoğlu canlandırır.