• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ledi Qaqanın konsertində teraktın qarşısı alındı

ŞOU

04 May 2025 | 21:26 | Müəllif: Subhan Mahmudov

Ledi Qaqanın konsertində teraktın qarşısı alındı

Braziliya polisi şənbə günü Rio-de-Janeyroda Ledi Qaqanın çıxışı zamanı planlaşdırılan terror aktının qarşısını alıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rio Qrande-du-Sul ştatının hüquq-mühafizə orqanları məlumat yayıb.

Məlum olub ki, terror aktının təşkilatçıları olduğu iddia edilən yeniyetmələr kustar üsulla hazırlanmış partlayıcılardan istifadə etməklə hücumu həyata keçirməyə cəlb ediliblər.

Əməliyyat çərçivəsində 9 şəhərdə axtarışlar aparılıb. Bir kişi həbs edilib, bir yeniyetmə saxlanılıb.

G1 portalının məlumatına görə, Ledi Qaqanın Kopakabana çimərliyində tamaşaçılar üçün pulsuz olan konsertinə 2 milyondan çox insan toplaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026