• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Türkiyədə sosial şəbəkəyə yaş məhdudiyyəti qoyula bilər

DÜNYA

30 Noyabr 2024 | 01:20 | Müəllif: Subhan Mahmudov

Türkiyədə sosial şəbəkəyə yaş məhdudiyyəti qoyula bilər

Türkiyədə sosial media platformalarına yaş məhdudiyyəti tətbiq edilə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu televiziya proqramında açıqlama verib.

“Türkiyədə təxminən 75 milyon insanın sosial media hesabı var. Belə çıxır ki, hər yeni doğulan körpəyə hesab açırıq.

Yaşı 16-dan aşağı olanlar sosial şəbəkələrdə hesab açmamalıdırlar. Bununla bağlı bir çox nazirliklərlə görüşür, qurumlarla məsləhətləşirik. Hər şeydən əvvəl zorakılığı təşviq edir. Həmyaşıd zorakılığı var. Hətta, pornoqrafiyanı da əhatə edən məzmun var.

Bütün dünyanı izləyirik. 16 yaş bu mənada düzgündür. Düşünürük ki, yaşı 16-dan yuxarı olanlar aça bilməlidir. Sosial media platformalarında üzv olmamaq, oyun oynamamaq kimi kriteriyalar təyin edəcəyik. Qanun qüvvəyə minəndə bununla daha sərt məşğul olacağıq”- , nazir bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026